lider-media.az

Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək

Baxış: 1 042 Tarix: 10-12-2025, 14:37

Dekabrın 23-də Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək.

Lider-media.az xəbər verir ki, tədbirdə hər iki ölkənin rəsmi nümayəndələri ilə yanaşı, dövlət və özəl sektor, biznes assosiasiyaları və ticarət palatalarının nümayəndələri iştirak edəcəklər. 
Forum Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikası Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları Dərnəyi və İndustriya Birliyinin (İTÜB) birgə təşkilatçılığı ilə baş tutacaq. 

Tədbir çərçivəsində həmçinin regional ticarətin təşviqi, enerji keçidi, davamlı inkişaf və infrastruktur layihələri, ikitərəfli əməkdaşlığın inkişafı və Dördüncü Sənaye İnqilabına həsr olunmuş panel sessiyaları keçiriləcək. 
Artan iqtisadi əməkdaşlıq fonunda bu il təşkil ediləcək ikinci forum daha geniş proqramla həyata keçiriləcək və iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əsaslarını gücləndirmək məqsədi daşıyır.

Forumda investisiya təqdimatları olacaq və 6 tematik panel keçiriləcək:
• Regionlararası ticarət və logistika dəhlizləri;
Aqrar tərəfdaşlıq – dayanıqlı inkişaf və qida təhlükəsizliyi;
Enerji transformasiyası – innovasiya və COP29 sonrası perspektivlər;
Yaşıl şəhərsalma və davamlı infrastruktur;
Azərbaycan–Türkiyə biznes əməkdaşlığı – çağırışlar və imkanlar;
Sənaye 4.0 – gələcəyin texnologiyaları.
Türkiyə şirkətlərinin Azərbaycan iqtisadiyyatının aparıcı sektorları, sənaye və logistika infrastrukturu ilə tanış olması üçün sənaye parklarına, azad iqtisadi zonalara və logistika mərkəzlərinə səfərlər təşkil olunacaq.
İnvestisiya forumunda iştirak etmək istəyən iş adamları aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=yBCC2uT5_EC9J20-TwRsx6yFUpwX5LhGqoXqRmZI571UOFA5WE9DTzFaSlhVTTRYMTgyQzhKMDU2UC4u

Səadət



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi