lider-media.az

Bakı metropoliteninin iş saatı uzadılacaq

Baxış: 11 027 Tarix: 10-12-2025, 12:38


Bakı metropoliteninin iş saatı uzadılacaq

Dekabrın 10-da “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə əsasən, “Gənclik” stansiyasına yaxın yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça görə metropolitendə gücləndirilmiş qrafik tətbiq olunaraq iş saatı uzadılacaq.
Metropolitenin əməliyyat planı və qarşılaşmaya azarkeş marağı nəzərə alınmaqla, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Sərnişinlərin rahat və təhlükəsiz daşınması üçün bir sıra tədbirlər görüləcək. Xüsusilə “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək. Stansiyalarda növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq, o cümlədən sərnişinlərin yönləndirilməsi və məlumatlandırılması üçün könüllülər cəlb olunacaq.
Zərurət yaranarsa, gün ərzində ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi