lider-media.az

Xalq yazıçısı Çingiz Abdullayev: Böyük Qayıdış qürur doğurur

Baxış: 2326 Tarix: 9-12-2025, 13:05

“İşğaldan azad olunmuş ərazilərə doğma sakinlərin dönüşü hər bir vətənpərvər azərbaycanlıda xüsusi qürur və iftixar hissi yaradır”, - Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev Böyük Qayıdışın əhəmiyyəti barədə fikirlərini bölüşərkən belə deyib. Onun sözlərinə görə, məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz şəraitdə mərhələli qayıdışı Azərbaycanın tarixi ədaləti bərpa etməsinin ən böyük göstəricilərindəndir.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Xalq yazıçısı Çingiz Abdullayevlə müsahibədən hazırlanmış videoçarxı təqdim edirik. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi