lider-media.az

Şahdağ Milli Parkının yaradılmasının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Baxış: 2283 Tarix: 9-12-2025, 11:46

Şahdağ Milli Parkının yaranma günü ilə əlaqədar “Təbiətin mirası – Şahdağ” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının rektoru, müəllim heyəti, tələbələr, Quba Peşə Liseyinin direktoru və digər qonaqlar iştirak ediblər.
Tədbir zamanı Şahdağ Milli Parkının fəaliyyəti, son illərdə həyata keçirilən ekoloji mühafizə tədbirləri və biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat təqdim edilib. Qeyd olunub ki, ölkəmizin ən zəngin təbiət məkanlarından biri olan Şahdağ Milli Parkı zəngin landşaftı, nadir flora və faunası ilə xüsusi mühafizə olunan təbiət əraziləri arasında seçilir.
Tədbir çərçivəsində həmçinin Şahdağ Milli Parkının zəngin təbiətini əks etdirən foto və məlumatlardan ibarət sərgi nümayiş etdirilib.s


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi