lider-media.az

DOST mərkəzlərində 4 milyonuncu vətəndaşa xidmət göstərildi

Baxış: 2265 Tarix: 9-12-2025, 09:53

DOST mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı 4 milyona çatıb. 4  milyonuncu vətəndaşa - Bakının Xəzər rayon sakini Firuz Novruzova 2 saylı Bakı DOST Mərkəzində müraciətinə uyğun xidmət göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev Firuz Novruzovla görüşüb, onu 4 milyonuncu vətəndaş olması münasibətilə təbrik edib.

Bildirilib ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi yaradılıb. Ötən dövr ərzində 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı, eləcə də Kəlbəcər və Füzuli DOST məntəqələri istifadəyə verilib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 160 sosial xidmətin “bir pəncərə” prinsipi ilə operativ, şəffaf, müasir və innovativ əsasda təqdim olunmasına imkan yaradıb.

DOST mərkəzlərində göstərilən xidmətlər barədə məlumat verilib, vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsinin 98,6 faiz olduğu vurğulanıb.

Firuz Novruzov DOST mərkəzində müraciətinin operativ cavablandırılmasından, eləcə də göstərilən DOST xidmətlərindən məmnun olduğunu deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi