lider-media.az

 Tramp Azərbaycan Prezidentinə və Paşinyana minnətdarlığını bildirib

Baxış: 818 Tarix: 8-12-2025, 17:07

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyana məktub ünvanlayıb.

Lider-media.az-ın məlumatına görə, məktubda cənab Prezident İlham Əliyevə və N.Paşinyana minnətdarlıq ifadə edilib.  
“Məni Nobel Sülh Mükafatına namizəd göstərdiyiniz  birgə məktubunuza görə sizə və Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu məni vacib missiyamızı davam etdirməyə ruhlandırır, dərin minnətdarlıq edirəm.
Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa və bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Davamlı tərəfdaşlığınızla qeyri-mümkün olana nail olacağıq.

Davamlı dəstəyiniz üçün bir daha təşəkkür edirəm", - deyə məktubda qeyd edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi