lider-media.az

Şənbə və bazar günlərində 53 cinayətin açılması təmin olunub

Baxış: 2678 Tarix: 8-12-2025, 10:53

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,  dekabrın 6-da və 7-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.


Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 10 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi