lider-media.az

Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

Baxış: 659 Tarix: 8-12-2025, 10:25

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək üçün dövlətimizin başçısı İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın birgə məktubuna görə təşəkkürünü bildirən Donald Tramp qeyd edib: “Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm.

Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq.

Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi