lider-media.az

TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində Şamaxıya 60 ixtisaslı həkim göndəriləcək

Baxış: 659 Tarix: 7-12-2025, 19:09



;>


Tədbirdə Şamaxının deputatı Tamam Cəfərova da   iştirak edib.

Şamaxıda TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı və Şamaxı Rayon Mərkəzi Xəstəxanası arasında əməkdaşlıq memorandumu imzalanıb.


Lider-media.az xəbər verir ki, tədbirdə Şamaxının deputatı Tamam Cəfərova da   iştirak edib.
 Tədbirin əsas məqsədi regionlarda həkim çatışmazlığının aradan qaldırılması, tibbi xidmətlərin əlçatanlığının artırılması və ölkə üzrə səhiyyə xidmətlərinin balanslı inkişafına nail olmaqdır.


Tədbirdə  TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov, Milli Məclisin deputatı Tamam Cəfərova, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova, TƏBİB-in Hüquq departamentinin rəhbəri Aynur Hüseynova, İnsan resursları departamentinin İşə qəbul şöbəsinin müdiri Nəzrin Bayramova, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov çıxış ediblər.

Sənədə əsasən, Respublika Klinik Xəstəxanasının 60 ixtisaslı həkimi bir il müddətində növbəli şəkildə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərəcək. Təhkim olunan həkimlər travmatologiya, cərrahiyyə, neonatologiya, anesteziologiya-reanimatologiya, şüa-diaqnostika, terapevt, ailə həkimi və mama-ginekologiya üzrə kadr çatışmazlığını aradan qaldırmağa yönəlib. Ezam olunan həkimlərin yaşayış şəraiti də təmin ediləcək.


Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi