Ötən gün ölkə ərazisində 52 cinayətin açılması təmin olunub

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 5-də ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 336, o cümlədən borclu şəxs qismində axtarışda olan 308 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 19 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 10 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.