lider-media.az

Təmraz Tağıyev: Türk dövlətlərinin yerli özünüidarəetmə səviyyəsində də əməkdaşlığa ehtiyacı var

Baxış: 1 021 Tarix: 5-12-2025, 16:13



Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) və Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə TDBB-nin İstanbuldakı mənzil-qərargahında “Yerli rəhbərliklər və sərhədlərarası əməkdaşlıq” mövzusunda toplantı keçirilib.

Lider-media.az xəbər verir ki, ölkəmizi toplantıda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və Assosiasiyanın məsləhətçisi Rövşən Məmmədov təmsil ediblər.

TDBB-nin baş katibi Fahri Solak çıxışında türk dövlətlərinin yerli özünüidarəetmələri arasında olan əməkdaşlıq əlaqələrinə toxunaraq, bu münasibətlərin TÜRKPA ilə əməkdaşlıq çərçivəsində daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.

Toplantıda AŞBMA-nın sədri və TDBB İdarə Heyətinin üzvü Təmraz Tağıyev çıxış edərək, Azərbaycan bələdiyyələrinin beynəlxalq müstəvidə, əsasən də türk dövlətləri bələdiyyələri ilə apardığı əməkdaşlıqlar barədə danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladan T.Tağıyev dövlətimizin başçısının Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi siyasətin mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu dövlətlər arasında aparılan əməkdaşlığın digər sahələrdə olduğu kimi, yerli özünüidarəetmə səviyyəsində də intensiv şəkildə aparılmasına ehtiyac var.

AŞBMA-nın sədri, həmçinin ötən dövr ərzində Assosiasiyanın dəstəyi ilə Azərbaycan bələdiyyələri ilə Türkiyə, Şimali Kipr və Bosniya və Herseqovina bələdiyyələri arasında aparılmış görüşlərin, təcrübə mübadilələrinin önəmini vurğulayıb. O, ötən ilin sentyabrında Şimali Kipr Türk Bələdiyyələr Birliyi (KTBB) ilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası (AŞBMA) arasında yerli özünüidarəetmə sahəsində əməkdaşlıq haqqında protokolun imzalandığını, belə sənədlərin digər türk dövlətlərinin yerli özünüidarəetmə orqanları ilə də imzalanmasının vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, toplantıda Özbəkistan Respublikası Ali Məclisinin Komitə sədrinin müavini Səyarə Abdukərimova, Özbəkistanın və Qırğızıstanın Ali məclislərinin üzvləri, Türkiyə, Şimali Kipr və Azərbaycan parlamentlərindən digər rəsmi nümayəndələr, habelə TÜRKPA katibliyinin rəsmiləri iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi