lider-media.az

TÜRKPA və Şimali Kipr arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirə aparılıb

Baxış: 489 Tarix: 5-12-2025, 16:09

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Beynəlxalq Katibliyini ziyarət edib.

Lider-media.az xəbər verir ki, görüşdə Baş katib Ramil Həsən nazirə TÜRKPA Beynəlxalq Katibliyinin son təşəbbüsləri və gələcək layihələri barədə danışıb. O, həmçinin ŞKTC-nin gələcək fəaliyyətinə Assambleyanın mandatı çərçivəsində hərtərəfli dəstək verməyə hazır olduğunu vurğulayıb. 
Eyni zamanda, TÜRKPA üzv parlamentlərinin sədrlərinin Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində İstanbulda keçirilməsi nəzərdə tutulan qeyri-rəsmi görüşü ilə bağlı məlumat verib.

Nazir O.Hasipoğlu Assambleyanın fəaliyyətində ŞKTC-nin fəal iştirakına, təmsilçiliyinin artırılmasına verdiyi davamlı dəstəyə və konstruktiv səylərə görə Baş katib R.Həsənə dərin minnətdarlığını bildirib.

Tərəflər, həmçinin türk dövlətləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi və ŞKTC-nin daha da gücləndirilməsi ilə bağlı məsələri müzakirə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi