lider-media.az

Tailandın Kralı Əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya

Baxış: 4717 Tarix: 5-12-2025, 12:29

Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bu gün Azərbaycan ilə Tailand arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq dostluq əlaqələrimizin möhkəmlənməsi, səmərəli əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2025-ci il.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi