lider-media.az

Ceyhun Bayramov: Azərbaycan və Ermənista sülh üçün zəruri addımlar atır

Baxış: 1 353 Tarix: 4-12-2025, 18:01

XİN rəsmisi: Azərbaycan və Ermənistan hazırda ikitərəfli münasibətlərdə ən dinc və sabit dövrü yaşayırlar 

Azərbaycan və Ermənistan hazırda ikitərəfli münasibətlərdə ən dinc və sabit dövrü yaşayırlar.

Lider-media.azın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasında çıxışı zamanı bildirib.

XİN rəsmisi bildirib ki, hər iki tərəf müxtəlif istiqamətlərdə sülh prosesinə təkan vermək məqsədilə konkret tədbirlərin həyata keçirilməsi üçün zəruri addımlar atır.

"Azərbaycan xoşməramlı jest olaraq, birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb. Bu nailiyyətlər birbaşa ikitərəfli danışıqların irəliyə getmək üçün ən yaxşı yol olduğunu əyani şəkildə nümayiş etdirir. Azərbaycan uzun illər ərzində bu barədə çıxış edib. Sülh gündəliyinin təşəbbüskarı olaraq ölkəmiz bu yola sadiq qalır və Ermənistandan qarşılıqlı siyasi iradə və məsuliyyət gözləyir", - C.Bayramov diqqətə çatdırıb. 

Ceyhun Bayramov əlavə edib ki, əvvəllər qeyri-sabit olan ATƏT regionunda de-fakto sülh bərqərar olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi