lider-media.az

Ötən gün 39 cinayətin açılması təmin olunub

Baxış: 1 002 Tarix: 3-12-2025, 10:19

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 2-də ölkə ərazisində qeydə alınan 24, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
Axtarışda olduğuna görə ümumilikdə 282, o cümlədən borclu şəxs qismində axtarışda olan 257 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 11 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi