lider-media.az

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı Bakıda qeyd olunub 

Baxış: 808 Tarix: 3-12-2025, 09:40

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – müstəqilliyin 54-cü ildönümü münasibətilə dekabrın 2-dəBakıda rəsmi qəbul təşkil olunub.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan və BƏƏ-nin Dövlət himnləri səsləndirilib.

Bayramın əhəmiyyəti barədə danışan BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ölkəsinin inkişaf yolundan, dayanıqlı tərəqqiyə əsaslanan strateji potensialından bəhs edib. O, Azərbaycanla yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəlməsində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, son illərdə ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi artıb, investisiya, enerji, aviasiya və turizm sahələrində əməkdaşlıq genişlənib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək ölkələrimiz arasındakı dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib. Nazir BƏƏ Prezidentinin sentyabr ayında Qarabağa tarixi səfərinin iki ölkə arasında həmrəyliyin və qarşılıqlı etimadın bariz nümunəsi olduğunu bildirib. O, ticarət, investisiya, energetika və rəqəmsal iqtisadiyyat sahələrində imzalanmış sənədlərin əməkdaşlığı daha da gücləndirdiyini, bərpaolunan enerji və şəhərsalma layihələrində BƏƏ şirkətlərinin fəal iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi və Birgə İnvestisiya Fondu ölkələr arasında yeni əməkdaşlıq imkanları açıb.

Sonra Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin inkişafına töhfə verən şəxslər mükafatlandırılıb.

Tədbir bədii hissə ilə davam edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi