lider-media.az

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Almaniyada elmi konfransda çıxış edib

Baxış: 2512 Tarix: 2-12-2025, 11:57

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Almaniya Federativ Respublikasının Mannheim Universitetində təşkil olunan “Digital Transformation of SMEs” (DT4SME) beynəlxalq tədqiqat proqramının yekun konfransında iştirak edib.

Mərkəz rəhbəri Mannheim Universitetinin Kiçik və Orta Sahibkarlıq Subyektləri üzrə Araşdırmalar İnstitutu tərəfindən təşkil olunan konfransda “Azərbaycanda pambıqçılıqla məşğul olan fermerlərin səmərəliliyinin qiymətləndirilməsi: inteqrasiya edilmiş DEA və Tobit modeli” adlı təqdimatla çıxış edib.

Təqdimatda müəllif tərəfindən riyazi optimallaşdırma metodları ilə Azərbaycanda pambıq istehsalında təsərrüfat səviyyəsində səmərəlilik göstəriciləri və onlara təsir edən amillərin qiymətləndirilməsi ilə bağlı aparılmış elmi tədqiqat layihəsinin nəticələri yer alıb.

Təqdimat konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda Rəşad Hüseynov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi