lider-media.az

Bu gün Ümumdünya QİÇS-lə Mübarizə Günüdür 

Baxış: 635 Tarix: 1-12-2025, 09:59


 
1988-ci ildən etibarən hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. 
Lider-media.az xəbər verir ki, həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionlarında İnsanın İmmunçatışmazlığı Virusunun (İİV infeksiyası) və QİÇS-in yayılması ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.
Qeyd edək ki, Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə, 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək, 11 min 260 nəfər İİV-lə yaşayan Azərbaycan vətəndaşı Respublika QİÇS-lə Mübarizə mərkəzində rəsmi qeydiyyatdadır.

Onlardan 70%-i kişilər, 30%-i isə qadınlardır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi