lider-media.az

Daha 48 işsiz şəxs ANAMA ilə birgə təşkil olunmuş peşə hazırlığı kursuna cəlb edilib

Baxış: 2355 Tarix: 29-11-2025, 16:03

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən birgə peşə kurslarının təşkili işləri davam etdirilir.

Bu əməkdaşlıq çərçivəsində “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” üzrə növbəti hazırlıq kursuna başlanıb və kursa 48 müdavim cəlb edilib.

Humanitar minatəmizləmə əməliyyatlarında iştirakı nəzərdə tutulan yeni müdavimlər üçün ANAMA tərəfindən “Humanitar Minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” təlimləri keçirilib.

Bu təlimlərlə birgə keçirilən “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” üzrə kursda müdavimlərə texniki standartlar və təhlükəsizlik, ilkin yardımın əsasları, zərərçəkmişin təxliyəsi, təhlükənin idarə olunması və texniki təhlükəsizlik qaydalarına dair biliklər öyrədilib.

Bununla da ANAMA ilə Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində təşkil olunan kurslara cəlb edilmiş müdavimlərin sayı 291-ə çatıb.

Kursları bitirən şəxslər artıq işğaldan azad edilmiş ərazilərdə icra olunan humanitar minatəmizləmə fəaliyyətində iştirak edərək, ərazilərin mina və digər partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına öz töhfələrini verirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi