lider-media.az

Əməkdar artist,  tarzən Sahib Paşazadə Pakistanın məşhur televiziyasının qonağı olub

Baxış: 822 Tarix: 29-11-2025, 14:12



Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə və BMM-nin solisti, Qarabağ Universitetinin müəllimi, Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov Pakistanın Kəraçi şəhərində ikinci dəfə təşkil edilən Dünya Mədəniyyəti Festivalında Azərbaycanı təmsil edirlər.;>
Lider-media.az xəbər verir ki, noyabrın 28-də Sahib Paşazadə Pakistanın məşhur  BOL TV NEWS  televiziyasının qonağı olub. Ekskluziv müsahibə üçün efirə dəvət olunan tarzən çıxışı zamanı Azərbaycanın tar aləti haqqında geniş informasiya təqdim edib. Həmçinin Azərbaycan və Pakistan musiqisinin, mədəniyyətinin , adət və ənənələrinin oxşar və fərqli  cəhətlərindən söz açıb. ;>
Dünya Mədəniyyəti Festivalında iştirakından məmnunluğunu ifadə edən tarzən festivalın yüksək səviyyədə təşkilinə və dəvətə görə minnətdarlığını bildirərək,  eyni zamanda dünyanın bir çox ölkələrində keçirilən mötəbər festivallarda iştirakı ilə bağlı təəssüratlarını da bölüşüb. BMM-nin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadənin çıxışı efirin aparıcıları tərəfindən böyük maraqla qarşılanıb, xoş təəssürat yaradıb. ;>

Müsahibəni  qeyd olunan linkə daxil olaraq izləyə bilərsiniz;>
https://www.facebook.com/reel/1347041443570157;>;>;>;>;>;>;>


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi