lider-media.az

Birol Akgün: Türkiyədə təhsil almış azərbaycanlı məzunlar iki ölkə arasında bir körpü funksiyası daşıyırlar

Baxış: 1 130 Tarix: 29-11-2025, 14:08



Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin əsasını ortaq tarix, dil və mədəniyyət təşkil edir və bu yaxınlıq bütün sahələrdə əməkdaşlığın genişlənməsinə imkan yaradır. 

Lider-media.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bu fikirləri Azərbaycan-Türkiyə Məzunlarının Görüşündə çıxışı zamanı səsləndirib. 

O qeyd edib ki, Türkiyədə təhsil almış azərbaycanlı məzunlar bu münasibətlərin möhkəmlənməsində strateji rol oynayır və iki ölkə arasında bir körpü funksiyasını daşıyırlar.
Azərbaycan–Türkiyə Məzunları Görüşünün iki qardaş ölkənin gələcəyinə verdiyi töhfəni yüksək qiymətləndirən diplomat birgə layihələrin, akademik mübadilələrin və gənclər proqramlarının gələcəkdə də davam etdiriləcəyini də diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi