lider-media.az

YTB başkanı: Azərbaycan və Türkiyə gəncləri ortaq dəyərlər əsasında qurulan gələcəyin əsas aparıcı qüvvəsidir

Baxış: 1 248 Tarix: 29-11-2025, 13:56



Azərbaycan və Türkiyə arasında möhkəmlənən qardaşlıq münasibətləri yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, həm də gənclər və təhsil müstəvisində dayanıqlı əməkdaşlıqla daha da güclənir. 

Lider-media.az xəbər verir ki, bunu Yurtdışı Türkler və Akraba Topluluklar (YTB) başkanı Abdulhadi Turus Azərbaycan–Türkiyə Məzunlarının Görüşündə çıxışı zamanı deyib. 

O vurğulayıb ki, Azərbaycan və Türkiyə gəncləri ortaq dəyərlər əsasında qurulan gələcəyin əsas aparıcı qüvvəsidir. Türkiyədə təhsil almış azərbaycanlı tələbələr bu münasibətlərin inkişafında önəmli yer tutur və müxtəlif sahələrdə qazandıqları təcrübə ilə iki ölkə arasında humanitar körpünü daha da möhkəmləndirirlər. 

A.Turus bildirib ki, YTB olaraq gənclərin birgə layihələrdə iştirakını, akademik mübadilələri və yeni təhsil proqramlarını dəstəkləməkdə davam edəcəklər. Onun sözlərinə görə, hər iki ölkənin gəncləri regional və qlobal miqyasda bir-birini tamamlayan güc kimi çıxış edir. 

O, Azərbaycan–Türkiyə Məzunları Görüşünün iki dövlət arasında strateji tərəfdaşlığın insan kapitalı üzərində qurulan ən gözəl nümunələrindən biri olduğunu xüsusi vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi