lider-media.az

Albaniya Respublikasının Prezidenti Zati-aliləri cənab Bayram Beqaya

Baxış: 513 Tarix: 28-11-2025, 11:30

Hörmətli cənab Prezident,

Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan ilə Albaniya arasında əlaqələrə böyük əhəmiyyət veririk. Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi bizi sevindirir.

Görüşlərimizin və səfərlərimizin intensivliyi Azərbaycan-Albaniya dostluğunun səviyyəsindən, qarşılıqlı əlaqələrimizin dinamikasından xəbər verir. Cari ilin mayında “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya səfərimi ən xoş təəssüratlarla xatırlayıram.

Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Albaniya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi