lider-media.az

Ali Məhkəmədə vəkillərlə görüş

Baxış: 777 Tarix: 27-11-2025, 12:52

ali-mehkemede-vekillerle-gorus-kecirildi

Ali Məhkəmədə “Femida Dialoq Platforması” çərçivəsində Vəkillər Kollegiyası ilə növbəti görüş baş tutub.

Görüşdə vəkillərlə yanaşı, Ali Məhkəmənin hakimləri və Məhkəmə-Hüquq Şurasının üzvləri də iştirak ediblər.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov görüşün məhkəmə hakimiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, ikitərəfli müzakirələrin həm praktiki problemlərin aradan qaldırılmasına, həm də birgə əməkdaşlığa mühüm töhfə verəcəyini qeyd edib.

Bildirilib ki, ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə son illərdə həyata keçirilən islahatlar əsasən ədalət mühakiməsinə çatımlığın təmin edilməsi, məhkəmələrin iş yükünün optimallaşdırılması, hakim korpusunun peşəkar kadrlarla komplektləşdirilməsi, məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsi və şəffaflığın artırılmasına yönəlib.

Qeyd edilib ki, məhkəmə-hüquq sahəsində aparılan islahatlara vəkillər də öz töhfələrini verirlər. Həmçinin, vəkillərin qaldırdığı məsələlərin mütəmadi şəkildə analiz edildiyi və onların həlli istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.

Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov çıxışında dialoqu yüksək qiymətləndirərək, bu müzakirələrin artıq silsilə xarakter aldığını bildirib. Görüşün ədalət mühakiməsində xüsusi rolu olan vəkillik institutu üçün qarşıda duran məsələlərin birgə həlli baxımından təqdirəlayiq bir çağırış olduğu qeyd edilib. İlk görüşdə qaldırılan məsələlərin əksəriyyətinin artıq həll edildiyi diqqətə çatdırılıb və vurğulanıb ki, hazırda ölkəmizdə məhkəmə sahəsində baş verən müsbət dəyişikliklər artıq hiss olunmaqdadır. Vəkillərin məhkəmə-hüquq sisteminin inkişafında önəmli bir tərəfdaş olduğu və bu əməkdaşlığın hüquqi islahatların uğuruna birbaşa təsir göstərəcəyini vurğulayıb. Həmçinin, görüşlər nəticəsində əldə edilən tövsiyələr və irəliləyişlərin ölkəmizdə hüquqi sistemin daha da təkmilləşməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Sonra Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev son illərdə məhkəmə sahəsində aparılan islahatlar, yeniliklər və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Daha sonra vəkilləri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb, konkret mövzular üzrə rəy və təkliflər səsləndirilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi