Şamaxı – “Cənnət bağı” Pirqulu - TURİZM



Hər bir ölkəni dünyada tanıdan amillərdən biri də turizmdir.
Turizm imkanları ilə regionun milli koloriti, tarixi, adət-ənənələri təbliğ olunur. Ölkəmizdə turizmin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir və son illərdə Azərbaycan turistlər üçün cəlbedici məkana çevrilib.
Statistikaya əsasən, 2024-cü ildə Azərbaycana 196 ölkədən 2 milyon 626,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib, bu göstərici əvvəlki illə müqayisədə 25,9 % artıb.
Paytaxt Bakı da daxil olmaqla, ölkəmizin Şamaxı, Masallı, Lerik, Lənkəran, Lahıc, Quba, İsmayıllı və digər bölgələrinin turizm potensialı çox yüksəkdir. Bura təbii ki, Qarabağımızın tacı Şuşa, Kəlbəcər, Laçın rayonları da daxildir.
Biz sizə cənnətməkan regionlarımızdan biri olan Şamaxıdan danışacayıq. Bakıdan Şamaxıya cəmi 2 saatlıq yoldur. Region özünəməxsus təbiəti, insanları ilə diqqət çəkir.

Şamaxı Qafqaz dağlarının cənub-şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşir. Şərqdən Pirsaat çayı, şimal və şimal-qərbdən Pirdirəyi və Qız qalası dağları, qərbdən Xınıslı kəndi, Meysəri dağı, cənubdan Zogalavay çayı ilə əhatə olunur. Bakı-Qazax avtomagistralının Bakıdan qərbə 122-ci kilometrində yerləşir.
Bu qədim diyar Şirvanşahlar dövlətinin 19-cu hökmdarı III Böyük Mənuçöhr, Zivər bəy Əhmədbəyov (memar), İmadəddin Nəsimi, Xaqani Şirvani, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani və s. dahilər yetiştirib.
Şamaxı yaşamaq və istirahət üçün ideal məkandır. Mən əksər hallarda istirahət üçün buranı seçməyə üstünlük verirəm.
Rayonda xeyli sayda istirahət mərkəzləri mövcuddur və onlardan bir neçəsi N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə daha çox tanınan Pirquludadır.




“Pirqulu” və “Cənnət bağı” istirahət mərkəzləri bunlardandır. Hər iki istirahət mərkəzində ideal şərait yaradılıb və ziyarətçilərinin yolunu gözləyir.
“Cənnət bağı” istirahət mərkəzinin administratoru Islam Qədimov mərkəzin 10 hektar ərazidə meşə zolağında yerləşdiyini deyib: “İstirahət mərkəzimiz rəsədxanadan 1 km məsafədə, meşənin içindədir. Təbiəti, mənzərəsi çox gözəldir. Burada şəhərin səsküyündən, stressindən uzaqlaşaraq təbiət qoynunda əyləncəli vaxt keçirmək üçün hər cür şərait yaradılıb.
24 kotteci, 200 nəfərlik zalı, 3 restoranı, 2 yay mətbəxi var. Mərkəzimizdə hər cür şərait yaradılıb və qonaqlarımızın istifadəsinə tam hazır vəziyyətdədir”.
Əziz dostlar, qarşıdan qış tətili gəlir. Dincəlmək üçün “Cənnət bağı” istirahət mərkəzi ideal məkandır.
Səadət
Maraqlanmaq istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər:
Mob.: 055 620 99 06 və 050 58016 61