lider-media.az

DİN: Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər ötən gün saxlanılıb

Baxış: 523 Tarix: 25-11-2025, 10:53

Ötən gün ölkə ərazisində qeydə alınan 17, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Lider-media.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 257, o cümlədən borclu şəxs qismində axtarışda olan 232 nəfər, dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa, ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər isə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib. Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 12 fakt aşkarlanıb. Belə ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 7 tüfəng, 29 patron darağı və 1412 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi