Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov, partiyanın Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdiri Hülya Məmmədli və İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovdan ibarət nümayəndə heyəti Mərkəzçi Demokrat İnternasionalının (IDC-CDI) dəvəti ilə 2025-ci il 20-23 noyabr tarixlərində Braziliya Federativ Respublikasında səfərdə olub.
Noyabrın 21-də nümayəndə heyəti San-Paulu şəhərində IDC-CDI, Braziliyanın Sosial Demokrat Partiyasının (PSD) Demokratik Məkan Fondu və Konrad Adenauer Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Demokratik müzakirə: sağ-mərkəzin siyasətdə körpülər qurması və həllər təklif etməsi” mövzusunda Forumda iştirak edib.
Forumun açılış mərasimində IDC-CDI-ın Prezidenti, Kolumbiyanın sabiq Prezidenti Andres Pastana, PSD Demokratik Məkan Fondunun Ali Məsləhət Şurasının Prezidenti, San-Paulu Ştatının Hökumət və İnstitusional əlaqələr üzrə katibi, San-Paulunun sabiq meri, Braziliyanın dövlət naziri Gilberto Kassab və Konrad Adenauer Fondunun Braziliyadakı nümayəndəsi Maksimilian Hedrix çıxış ediblər. Yeni dünya nizamına keçid prosesinin geniş vüsət aldığı müasir dövrdə qlobal kataklizmlərin hökm sürdüyü, bu səbəbdən də milli, regional və beynəlxalq təhlükəsizlik məsələlərinin aktual çağırış kimi xalqlar və dövlətlərin qarşısında dayandığı qeyd olunub. Bildirilib ki, hazırda bəşəriyyətin sağlam gələcəyi naminə intensiv dialoqa ehtiyac duyulur və bu kontekstdə sosial məsuliyyət daşıyıcısı kimi siyasi partiyaların da üzərinə mühüm vəzifələr düşür. Qarşılıqlı faydalı əməkdaşlıq şəraitində milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına riayət etməklə müxtəlif ölkələri təmsil edən siyasi partiyaların ümumbəşəri dəyərlər və ortaq maraqlar naminə səylərinin birləşdirilməsinin vacibliyi vurğulanıb.“Dəyişikliklər dövründə ekstremal yanaşmalar arasında idarəetmə”, “Dəyişən dünyada sağ-mərkəz narrative”, “Mürəkkəb problemlərə realist həllər” mövzularında panel sessiyaları ilə öz işini davam etdirən Forumda, həmçinin müasir dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, demokratik institutların gücləndirilməsi, media və vətəndaş cəmiyyəti təsisatlarının dəstəklənməsi, eləcə də xalqlar arasında körpülərin qurulması üçün ideoloji qütbləşmənin azaldılması, etnik zəmində münaqişələrin qarşısının alınması və sivilizasiyalararası dialoqun təşviqində siyasi partiyaların rolu məsələləri müzakirə olunub.
Həmin gün Forum iştirakçıları San-Paulu İncəsənət Muzeyini də ziyarət ediblər.
Noyabrın 22-də isə YAP nümayəndə heyəti IDC-CDI İcra Komitəsinin iclası və Nizamnamə Baş Assambleyasında iştirak edib.
İcra Komitəsinin 2025-ci il 30 may tarixində Kot-d'İvuar Respublikasında keçirilmiş son iclasının protokolu təsdiq edildikdən sonra Andres Pastrana, Baş katib Antonio Lopez-İzturiz və digər rəsmilərin hesabat xarakterli çıxışları dinlənilib. İcra Komitəsinə yeni üzvlərin seçilməsi və qətnamə layihələrinin qəbulundan sonra isə xüsusi nümayəndələr regional hesabatlarını təqdim ediblər.
IDC-CDI Nizamnamə Baş Assambleyasında isə təşkilat rəhbərliyinin çıxışlarından sonra 2026-cı il üçün fəaliyyət planı təqdim olunub. Daha sonra təşkilatın 2026-cı il büdcəsi təsdiq edilib, səsvermə nəticəsində prezident və vitse-prezidentlər seçilib.
YAP nümayəndə heyəti noyabrın 22-də PSD Demokratik Məkan Fondu tərəfindən mədəni proqram çərçivəsində təşkil olunan tədbirə də qatılıb.
Səfər zamanı, həmçinin YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Kamboca Xalq Partiyası Xarici əlaqələr komissiyası sədrinin birinci müavini və Kamboca Krallığı Milli Assambleyasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və informasiya komitəsinin sədri Suos Yara və Macarıstanın hakim Fides partiyasının vitse-prezidenti, Avropa Parlamentinin üzvü Kinqa Qal ilə görüşüb. Görüşlər zamanı partiyalararası əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.





Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Tahir Budaqov YAP İdarə Heyətinin iclasını keçirdi - FOTOLAR
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb