Kipr probleminin həlli yolları BMT çərçivəsində yenidən müzakirə ediləcək

Şimali Kipr Prezidenti: "Biz həlli təşviq etmək üçün Cənubi Kiprin lideri ilə 10 bəndlik təklif paketi təqdim etdik"
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman niyabrın 20-də Cənubi Kipr Rum Administrasiyasının lideri Nikos Kristodulides ilə görüşündən sonra Prezident Aparatında mətbuat konfransı keçirib.
Lider-media.az Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinə istinadla xəbər verir ki, Erhürman ilk görüşün səmimi, müsbət və müsbət atmosferdə keçdiyini bildirib.
Prezident görüş zamanı hər iki tərəfin öz fikirlərini çatdırdığını, dekabrın 5-də BMT-nin şəxsi nümayəndəsi Maria Angela Holguin Kuelların onunla, dekabrın 6-da Nikos Kristodoulideslə görüşəcəyini, ardınca isə üçtərəfli görüş keçirəcəyini diqqətə çatdırıb.
Səadət