Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkərana səfər çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak ediblər.
Əvvəlcə IDEA İctimai Birliyi tərəfindən Lənkəran rayonunda meşə ərazisində “Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Könüllülülərin iştirakı ilə həyata keçirilən aksiyada 1350 ədəd Eldar şamı tingi əkilib. Tədbir zamanı yaşıllıq zolaqlarının genişləndirilməsi, meşə fondunun bərpası və ekosistemin mühafizəsi istiqamətində reallaşdırılan işlər barədə məlumat verilib.
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun (“Yaşıl Marafon”) əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. “Yaşıl Marafon” çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.
Daha sonra Hirkan Milli Parkının ərazisinə biomüxtəlifliyin zənginləşdirilməsi məqsədilə heyvanların təbiətə buraxılması aksiyası təşkil olunub. Aksiya çərçivəsində 2 yenot, 2 tülkü və 4 tirəndaz təbii mühitə buraxılıb. Yenotlar bir müddət əvvəl IDEA İctimai Birliyinin təşəbbüsü və aidiyyəti qurumların iştirakı ilə aparılan birgə yoxlama nəticəsində iaşə obyektlərində qanunsuz saxlanılması aşkarlanmış və xilas edilmişdilər. Həmin yenotlar 4 ay müddətində Bakı Zooloji Parkında müalicə və reabilitasiya olunaraq tam sağaldıqdan sonra təbiətə qaytarılıb.
Təbiətə qaytarılan tülkülər isə vətəndaşlar tərəfindən yaralı halda aşkarlanaraq Bakı Zooloji Parkına təhvil verilmişdi. Onlar Zooloji Parkda bir il müddətində klinik şəraitdə müayinə və müalicə olunub, reabilitasiya prosesi uğurla başa çatdıqdan sonra təbii mühitə buraxılıb.
Aksiyada təbiətə buraxılan tirəndazlar vaxtilə Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş növlərdən olub. Ölkəmizdə bu sahədə həyata keçirilən uğurlu mühafizə tədbirləri nəticəsində bu vəhşi heyvanların sayı artırılıb və növ “Qırmızı kitab”dan çıxarılıb. Milli Parka buraxılan tirəndazlar Bakı Zooloji Parkında çoxaldılan və təbii populyasiyası bərpa olunan fərdlərdəndir.
Qeyd edək ki, sözügedən ekoloji aksiyalar IDEA İctimai Birliyi tərəfindən Azərbaycanda ətraf-mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində mütəmadi olaraq görülən işlərin tərkib hissəsidir.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Leyla və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Leyla və Arzu Əliyeva tələbə və gənclərin konsertində iştirak ediblər
Leyla və Arzu Əliyeva ağacəkmə aksiyasında
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb