lider-media.az

“II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclərə müasir dövrün marketinq alətləri mövzusunda təlimlər keçirilib

Baxış: 23306 Tarix: 21-11-2025, 10:01

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər üçün müasir marketinq alətləri və süni zəka əsaslı həllərin ekologiya sahəsində tətbiqi mövzusunda növbəti təlimlər təşkil olunub.
 Proqram iştirakçılarına “Müasir dövrün marketinq alətləri və onların ekologiya sahəsində tətbiqi” mövzusunda ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova, eləcə də “Süni zəka əsaslı həllərin ekoloji təşəbbüslərdə istifadəsi” mövzusunda mərkəzin təlimçisi Nofəl Əliyev tərəfindən təqdimatlar edilib.
Təlimlər zamanı müasir dövrün ən yeni marketinq alətləri, rəqəmsal yanaşmalar və bunların ekologiya sahəsində effektiv tətbiqi, eyni zamanda innovativ metodların, süni zəka əsaslı həllərin ekoloji təşəbbüslərdə istifadəsi haqqında məlumat verilib. İştirakçılarla real nümunələr, tətbiq imkanları, kommunikasiya strategiyalarında AI-ın rolu barədə müzakirələr aparılıb və bu sahədə gənclərin sualları cavablandırılıb.
Tədbirin məqsədi gəncləri müasir texnologiyalardan istifadə etməklə ekoloji problemlərin həllinə yönəlmiş yaradıcı və innovativ ekoloji layihələr hazırlamağa təşviq etmək və bu sahədə biliklərinin artırılması olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi