lider-media.az

COP31-in ev sahibi Türkiyə olacaq

Baxış: 731 Tarix: 20-11-2025, 12:10

Gələn il keçiriləcək BMT-nin növbəti iqlim sammiti (COP31) üzrə ev sahibliyi məsələsində Türkiyə və Avstraliya arasında yaranmış gərginlik həllini tapıb.

Lider-media.azın məlumatına görə, Braziliyada aparılan danışıqlar zamanı tərəflər kompromis razılaşmaya gəliblər.

Beləliklə, razılaşmaya əsasən, COP31-in ev sahibi Türkiyə olacaq və tədbir Antalyada keçiriləcək. Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edən ölkə kimi çıxış edəcək.

Qeyd edək ki, bundan əvvəl hər iki ölkə COP31-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüş və geri çəkilməkdən imtina etmişdi.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi