lider-media.az

Nazirliyin e-xidmətlərinə yanvar-oktyabr aylarında 22 milyon müraciət edili

Baxış: 23178 Tarix: 19-11-2025, 10:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə cari ilin yanvar-oktyabr aylarında 22 milyon müraciət edilib.

Ölkənin sosial reyestri olan “e-sosial” portalından həmin dövrdə 14 milyon dəfə istifadə olunub, 218 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda Nazirliyin xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin bir çox proaktiv xidmətlər, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 10 ayı ərzində Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 399 milyon olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi