lider-media.az

2025-ci ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

Baxış: 23327 Tarix: 19-11-2025, 09:59

2025-ci ilin yanvar-sentyabr aylarında 905 və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,9 faiz azalaraq 1264 nəfər olmuşdur. Onlardan 507-si həlak olmuş, 757-si isə yaralanmışdır. Hadisələrin 44,5 faizi gündüz, 42,6 faizi gecə, 12,9 faizi isə toran vaxtı baş vermiş, 30,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 85,0 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz azalaraq 353 nəfər, yaralananların sayı isə 16,8 faiz azalaraq 708 nəfər olmuşdur.

Bütün yol-nəqliyyat hadisələrinin 39,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 73,2 faizini, yaralananların isə 70,0 faizini kişilər təşkil etmişdir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi