lider-media.az

COP30 çərçivəsində “Yaşıl artım portalı”nın rəsmi təqdimatı keçirilib

Baxış: 21559 Tarix: 17-11-2025, 10:21

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində Braziliyanın Belem şəhərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” beynəlxalq inkişaf mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gətirilmiş rəqəmsal “Yaşıl artım portalı”nın yekun versiyasının təqdimatı keçirilib. Azərbaycan pavilyonunda keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, akademik dairələrin, biznes assosiasiyalarının və maliyyə institutlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədi çərçivəsində həyata keçirilən yaşıl transformasiya siyasətinin əsas istiqamətlərini təqdim edib. Ölkənin istixana qazı emissiyalarını azaltmaq, bərpa olunan enerji payının sürətlə artırılması istiqamətində, eləcə də yaşıl enerji zonaları kimi elan edilmiş Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda görülən işlər nəzərə çatdırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi