lider-media.az

Azərbaycanın idman tarixində ilk deflimpiya medalı

Baxış: 2384 Tarix: 17-11-2025, 10:12

Yaponiyada keçirilən “XXV Yay Deflimpiya Oyunları”nda Azərbaycan öz idman tarixində ilk deflimpiya medalını qazanıb.Medalı ölkəmizi cüdo yarışlarında 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Coşqun Əliyev qazandırıb.

Cüdo yarışlarının ilk günündə tatami üzərinə çıxan deflimpiyaçımız əvvəlcə 1/8 finalda Cənubi Koreyadan Çoi Junho, ¼ finalda xorvatiyalı Tonzetiç Yosipi, yarımfinalda isə Niderlanddan olan Vesteroff Albert Gerhardua Hendrikə qalib gələrək finala yüksəlib.

Həlledici mərhələdə Coşqun Əliyev rəqibi braziyalı Dantas Pedroya məğlub olsa da, Azərbaycan tarixində ilk dəfə olaraq Deflimpiya Oyunlarında gümüş medal qazanan deflimpiyaçı kimi tarixə düşüb.

Mükafatlandırma mərasimində idmançımıza medal Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin Vitse-prezidenti Yutaka Osugi tərəfindən təqdim edilib.

Noyabrın 26-dək davam edəcək ümumilikdə 3 mindən çox idmançının iştirak etdiyi “XXV Yay Deflimpiya Oyunları”nda ölkəmiz ilk dəfədir 6 idman növü üzrə 20 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, deflimpiya hərəkatı eşitmə məhdudiyyətli şəxslər arasında idmanın inkişafına xidmət edir.

Deflimpiya Oyunları dünyanın ikinci ən qədim beynəlxalq çoxnövlü idman tədbiridir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi