lider-media.az

“II Yaşıl düşüncə maarifləndirmə proqramı”nın iştirakçıları Milli Hidrometeorologiya Xidmətində ekskursiyada olublar

Baxış: 23450 Tarix: 14-11-2025, 11:39

Gənclərin ekoloji savadlılığını artırmaq, təbiət elmlərinə maraqlarını təşviq etmək və iqlim prosesləri barədə praktiki biliklərini dərinləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində iştirakçılar üçün Milli Hidrometeorologiya Xidmətinə maarifləndirici ekskursiya təşkil edilib.
Ekskursiya çərçivəsində gənclər əvvəlcə Hidrometeoroloji Muzeyi ziyarət ediblər. Onlara ölkəmizdə hidrometeorologiya sahəsinin tarixi inkişaf mərhələlərini əks etdirən meteoroloji cihazlar, müxtəlif ölçmə alətləri, arxiv fotoşəkillər haqqında ətraflı məlumat təqdim olunub.
Daha sonra iştirakçılar Situasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Burada müasir hava proqnozlaşdırma sistemlərinin iş prinsipləri, erkən xəbərdarlıq xidmətinin əhəmiyyəti, radar məlumatlarının emalı prosesi və hidrometeoroloji məlumatların toplanması, təhlili və proqnozların hazırlanması mexanizmi gənclərə izah edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi