lider-media.az

XTQ mənsublarının xüsusi tibb hazırlığı kursunun açılışı olub

Baxış: 23355 Tarix: 13-11-2025, 14:02

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəxsi heyətilə xüsusi tibb hazırlığı üzrə keçirilən kursun açılış mərasimi olub. 
Beynəlxalq mütəxəssislərin də iştirak etdiyi tədbirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
XTQ-nin komandanı general-mayor Ələkbər Cahangirov Müdafiə Nazirliyinin rəhbərliyi adından tədbir iştirakçılarını 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə təbrik edib, onlara tədrisdə uğurlar arzulayıb. 
Tədbirdə qeyd olunub ki, kursun keçirilməsində əsas məqsəd döyüş meydanında yaralılara ilkin tibbi yardımın göstərilməsi, eləcə də tibbi təxliyə və döyüş şəraitində tibb xidmətinin təşkili üzrə XTQ mənsublarının bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
Açılış mərasimindən sonra şəxsi heyətin məişət şəraitinə, tədris yerlərinə, eləcə də tədris prosesində istifadə olunacaq müasir tibbi avadanlıqlara baxış keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi