lider-media.az

Noyabrın 12-si saat 8:00-a olan faktiki hava

Baxış: 23188 Tarix: 12-11-2025, 10:09

Noyabrın 12-si saat 8:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 12-si saat 8:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi dumanın əmələ gəlməsinə səbəb olub.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Şəmkir, Gəncə, Balakən, Qusar, Şamaxı, Qobustan, Bərdə, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Yevlax, Tərtər, Mingəçevir, Biləsuvar və Ağdamda duman müşahidə olunur. Görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır.
Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin noyabrın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi