lider-media.az

Bakıda maşın dərəyə aşdı - Sürücü öldü - Video

Baxış: 21437 Tarix: 10-11-2025, 17:34

bakida-masin-dereye-asdi

Paytaxtın Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1988-ci il təvəllüdlü Eminaqarov Zaur Rəşid oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi