lider-media.az

Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

Baxış: 23159 Tarix: 10-11-2025, 10:41

"Konstitusiya və Suverenlik İli" çərçivəsində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən respublika üzrə növbəti dəfə pulsuz hüquqi yardım aksiyası – “Açıq qapı” günü keçirilib.

Noyabrın 7-də təşkil olunan aksiya çərçivəsində “Pro Bono”, “Mərkəz”, Bakı şəhəri 38 saylı və Gəncə Regional, Şəki Regional və Şirvan Regional Vəkil bürolarının vəkilləri vətəndaşlara pulsuz hüquqi yardımlar göstəriblər.


Görüşlər zamanı vətəndaşlar tərəfindən cinayət, inzibati və mülki işlər, mülkiyyət hüquqlarının müdafiəsi, hüquqi faktların müəyyən olunması, pensiya təminatı, kredit və mənzil mübahisələri, habelə digər sosial xarakterli məsələlərlə bağlı müraciətlər daxil olub.


Vəkillər hər bir vətəndaşın müraciətinə fərdi yanaşma göstərərək, hüquqi məsləhətlər verib, ərizələrin və digər sənədlərin hazırlanmasında köməklik göstəriblər. Bundan başqa, sakinlərə hüquqi sənədlər tərtib olunub və onlara davamlı hüquqi yardımın göstərilməsi istiqamətində lazımi addımlar atılıb.


Aksiya çərçivəsində ümumilikdə 100-ə yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib.


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi