lider-media.az

Pakistan Azərbaycanın yanında qaya kimi dayandı

Baxış: 43376 Tarix: 8-11-2025, 14:37

Pakistan Azərbaycanın yanında qaya kimi dayandı

Torpaqların azadlığı uğrunda mübarizədə Pakistan Azərbaycanın yanında qaya kimi dayandı və bundan sonra da belə olacaq.

Bunu Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.

“Əziz qardaşım Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında azərbaycanlı qardaşlarım tarixin çağırışına qalxdılar. Bütün dünya Azərbaycanın şanlı Silahlı Qüvvələrinin öz əzəli torpaqlarını azad etməsinin şahidi oldu”, - Şahbaz Şərif qeyd edib.

Pakistanın Baş naziri keçmiş məcburi köçkün ailələrinin Qarabağa qayıdışının ilhamverici olduğunu bildirib: “Laçın, Şuşa, Xankəndi - bütün digər işğaldan azad olunmuş yerlərdə yenidənqurma işlərinin tətbiqi fenomenal xarakter daşıyır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi