lider-media.az

“Bu, türk dünyası üçün də böyük qürur mənbəyidir”

Baxış: 41286 Tarix: 8-11-2025, 14:22

bu-turk-dunyasi-ucun-de-boyuk-qurur-menbeyidir

“Sizləri ən səmimi duyğularımla, sayğı və sevgi ilə salamlayıram. Zəfər Günümüzün 5-ci ildönümündə sizlərlə bərabər olmaqda böyük bəxtiyarlıq duyuram. İlham Əliyev qardaşıma dəvəti üçün minnətdarlığımı çatdırıram. Sizlərə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi məhəbbətlərini gətirdim”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

“Bu qürur günümüzdə hazırda Türk Dövlətləri Təşkilatındakı qardaşlarımız da bizimlə eyni coşğunu yaşayır. Zəfərimiz mübarək olsun”, - o bildirib.

“Bu böyük Zəfərin memarı və lideri olan İlham Əliyev qardaşımı səmimi-qəlbdən təbrik edir, uğurlarının daimi olmasını diləyirəm. Qarabağın azad edilməsi təkcə Azərbaycan üçün deyil, türk dünyası üçün də böyük bir qürur mənbəyidir”, - Ərdoğan əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi