lider-media.az

Böyük Qayıdış proqramı çərçivəsində şagirdlər üçün ekoloji maarifləndirici görüşlər keçirilib

Baxış: 23160 Tarix: 7-11-2025, 20:57

Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Böyük Qayıdış proqramı çərçivəsində Ağdam rayonu Kəngərli və Xıdırlı tam orta məktəblərində, həmçinin Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta məktəbdə şagirdlərlə maarifləndirici görüşlər təşkil edilib.

Görüşlər zamanı şagirdlərə ətraf mühitin qorunmasının vacibliyi, təbii ehtiyatlardan düzgün və səmərəli istifadənin yolları barədə ətraflı məlumat verilib. Tədbirlər interaktiv sual-cavab formatında keçirilib və şagirdlərə gündəlik həyatda tətbiq edilə bilən sadə ekoloji davranış vərdişləri– suya, enerjiyə qənaət, tullantıların azaldılması, çeşidlənməsi və təkrar emalın əhəmiyyəti izah olunub.

Maarifləndirici görüşlərin əsas məqsədi yeniyetmələrdə ekoloji mədəniyyəti formalaşdırmaq, təbiətə qayğı ilə yanaşma vərdişlərini gücləndirmək və onları ekoloji layihələrdə aktiv iştiraka həvəsləndirməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi