lider-media.az

ETSN tərəfindən Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Baxış: 21153 Tarix: 7-11-2025, 20:33

8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər təşkil olunub.
Nazirliyin rəsmilərinin və əməkdaşlarının iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib, yerli torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Daha sonra Nazirlikdə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin üzvlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfər tarixi hadisə olmaqla yanaşı, Azərbaycan xalqı üçün daim qürur mənbəyidir. Bildirilib ki, bu möhtəşəm qələbə ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində əldə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi