lider-media.az

İqtisadiyyat Nazirliyində şəhid övladları ilə görüş keçirilib

Baxış: 23169 Tarix: 7-11-2025, 19:28

“Konstitusiya və Suverenlik İli” çərçivəsində İqtisadiyyat Nazirliyində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın övladları ilə görüş keçirilib. İqtisadiyyat Nazirliyinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkil etdiyi tədbirdə ali təhsil müəssisələrində təhsil alan şəhid övladları Nazirliyin iş prosesi ilə tanış olublar.  

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı parlaq Zəfərin 5 illiyi ölkəmizdə böyük qürurla qeyd edilir. Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarından keçmiş şəhidlərimizin, döyüşlərdə iştirak etmiş əsgər və zabitlərimizin fədakarlığı əsl vətənpərvərlik nümunəsidir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ölkəmizin qlobal nüfuzunun artması və iqtisadi suverenliyinin daha da gücləndirilməsi üçün möhkəm bünövrə formalaşdırıb.

Tədbirdə ölkəmizdə insan kapitalının inkişafı istiqamətində görülən işlər barədə müzakirə aparılıb. Şəhid övladlarının maraq göstərdikləri istiqamətlər, inkişaf məqsədləri barədə fikirləri dinlənilib, tövsiyələr verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi