
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq 8-11 noyabr tarixlərini əhatə edən ardıcıl istirahət günlərində ölkə üzrə nəqliyyat axınının intensivləşəcəyi, paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə hərəkətin artacağı gözlənilir.
"Yeni Sabah" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı hərəkət iştirakçılarına müraciət edib.
Qeyd olunub ki, qarşıdakı dörd günlük qeyri-iş günlərində yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının diqqətindən və məsuliyyətindən asılıdır:
"Sürücülərdən xahiş olunur ki, yola çıxmazdan əvvəl idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətini diqqətlə yoxlasınlar — xüsusilə tormoz sistemi, şinlərin aşınma dərəcəsi, işıq cihazları və şüşəsilənlərin işləkliyinə nəzarət etsinlər.
Xalqımızın birlik və qürur hissi ilə qeyd etdiyi bu əlamətdar günlərdə hərəkət iştirakçılarına tövsiyə olunur ki:
- Hərəkət marşrutlarını əvvəlcədən planlaşdırsınlar və səfər vaxtını elə müəyyən etsinlər ki, hərəkət rahat və təhlükəsiz olsun;
- Uzun məsafələrə yola çıxmazdan əvvəl mütləq istirahət etsinlər, yorğun və yuxusuz halda sükan arxasına keçməsinlər;
- Sürət həddinə ciddi riayət etsinlər, riskli manevrlərdən və qəfil ötmələrdən çəkinərək ara məsafəsini düzgün saxlasınlar;
- Uşaqları avtomobildə təhlükəsizlik kəməri və ya uşaq oturacağından istifadə etməklə daşısınlar;
- Spirtli içki qəbul etmiş şəxslərin sükan arxasına keçməsinin yolverilməz olduğunu unutmasınlar.
Piyadalara da xatırladılır ki:
Yalnız müəyyən olunmuş keçidlərdən istifadə etsinlər, işıqforun siqnallarına əməl etsinlər və xüsusilə axşam saatlarında, görmə şəraiti zəiflədikdə geyimlərində işıq əks etdirici elementlərə üstünlük versinlər".
Bayram günlərində BDYPİ-nin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmət aparacaq. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etmək və qəzaların qarşısını almaqdır.

Bəzi bələdiyyələr birləşdirilir
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb