lider-media.az

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb

Baxış: 21233 Tarix: 6-11-2025, 09:50

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya 8 noyabr - Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

 Məktubda TBMM sədri Zəfər Gününün beşinci ildönümü münasibətilə spiker Sahibə Qafarovaya və Milli Məclisin üzvlərinə təbriklərini çatdırıb.

Məktubda 5 il əvvəl qazanılmış bu mübarək zəfərin haqqın, ədalətin və milli iradənin təzahürü kimi Türk dünyasının ortaq qürurunu və qardaşlığının əbədiliyini bir daha göstərdiyi vurğulanır. Azərbaycan yurdu olan Qarabağın azadlığı üçün 44 gün davam etmiş və dillərə dastan olmuş mübarizənin qəhrəmanı olan qazilərimiz və şəhidlərimiz hörmət və rəhmətlə anılır.

Təbrikdə iki ölkə arasında “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf etdirilən səmimi və dərin əməkdaşlığın ölkələrimizin müstəqilliyinə və inkişafına, bölgəmizin isə sülh və azadlığına önəmli töhfələr verdiyi diqqətə çatdırılır.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi