lider-media.az

Günərzi qayğı mərkəzinin uşaqlarının şəhid ailələri ilə görüşü təşkil olunub

Baxış: 23404 Tarix: 5-11-2025, 20:03

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə fəaliyyət göstərən Sabirabad günərzi qayğı mərkəzinin uşaqları  Agentliyin əməkdaşlarının müşayiəti ilə şəhid ailələrini ziyarət ediblər.  

Ziyarətlər zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib. Uşaqlar ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın ailə üzvləri, o cümlədən onların yadigarları olan övladları ilə həmsöhbət olublar.

Agentliyin əməkdaşları şəhid ailələrinin sosial vəziyyəti ilə maraqlanıb, onların bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacaqlarını bildiriblər.

Ziyarətlər gənc nəsilə qəhrəmanlarımızı tanıtmaq və onlara vətən sevgisini aşılamaq məqsədi daşıyıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi