lider-media.az

Bu il birgə maliyyələşmə proqramı üzrə 1500-dən çox şəxs işlə təmin edilib

Baxış: 23305 Tarix: 5-11-2025, 19:53

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində 2025-ci ilin 10 ayı ərzində 1504 şəxs işlə təmin olunub.

Proqram üzrə cari ilin ötən dövründə daha 400-ə yaxın işəgötürənlə əməkdaşlığa başlanıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən sosial cəhətdən həssas qruplardan olan şəxslərin məşğulluğu təmin edilib.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Proqram əsasında işlə təmin edilmiş şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsini Dövlət Məşğulluq Agentliyi maliyyələşdirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi