Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət ediblər.
Ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva stendlərə baxış keçirib, arıçıların təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsulları ilə maraqlanıb, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer iştirak edir. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc arıçı” layihəsinin iştirakçıları yarmarkada fəal şəkildə iştirak ediblər. Yarmarkaya 4 “Gənc arıçı” ailəsi tərəfindən ümumilikdə, 1128 kiloqram bal təqdim edilib.Xocalı rayonunda fəaliyyət göstərən “Güllü Yaylaq” arıçı kooperativi yarmarkada ilk dəfə təmsil olunub. Kooperativin yaradıcısı - Xocalı rayonunun Ballıca kəndindən olan Qənirə Əsədova uzun illərdir arıçılıqla məşğuldur. Kooperativin məqsədi qadınların kənd təsərrüfatında məşğulluğunu artırmaq, yerli arıçılıq ənənələrini qorumaq və ekoloji cəhətdən təmiz məhsulların istehsalını təşviq etməkdir. Hazırda “Güllü Yaylaq” kooperativi 5 üzvdən ibarətdir və yarmarkaya 6 növ arıçılıq məhsulu daxil olmaqla 400 kiloqram məhsul təqdim edib.
Həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin sentyabrında Kəlbəcər rayonunda keçirilmiş “Kəlbəcər bal festivalı 2025”in iştirakçıları yarmarkada məhsullarını təqdim ediblər.
Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin çıxışlarında Kəlbəcər balına göstərdiyi diqqət və dəstək bu bölgənin balının keyfiyyətinə və tanınmasına verilən ən yüksək dəyərin göstəricisidir. Bu gün Kəlbəcər balı öz təbii xüsusiyyətləri və keyfiyyəti ilə seçilərək, Azərbaycanın milli brendlərindən birinə çevrilməkdədir.
Qeyd edək ki, yarmarkada 100 tondan çox bal və 15 növdən çox müxtəlif arıçılıq məhsulu satışa çıxarılıb.














ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcərdə Bal Festivalı keçirilib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb